12 fevral 2025, 14:03

Tahirə Bağırovadan, Naftalan, Azərbaycan

Möhtərəm Prezident, Silahlı Qüvvələrin cənab Ali Baş Komandanı!

Bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələrdən biridir. Buna görə biz Sizə borcluyuq. Sizin müdrikliyiniz, praqmatik daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan sürətlə inkişaf etmiş, beynəlxalq əlaqələrini genişləndirmiş, nüfuzunu artırmışdır. Bütün sahələrdə əldə etdiyimiz uğurlar Sizin yorulmaz fəaliyyətinizin məntiqi nəticəsidir.

Ölkəmizdə sabitlik, əmin-amanlıq, bütün sahələrdə sürətli inkişaf hökm sürür. Bütün kateqoriyalardan olan vətəndaşların, o cümlədən müəllimlərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində atdığınız addımlar bizə ruh verir.

Sizinlə qürur duyuruq, cənab Prezident.

Ulu Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Bağırova Tahirə Nəriman qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.