10 fevral 2025, 14:05
Lütvəli Quliyevdən, Cəlilabad, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Siz ölkəmizin iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, xalqımızın rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Əməkhaqlarının, pensiyaların məbləğinin artırılması üçün verdiyiniz sərəncamlar xalqda böyük sevinc hissi yaradır.
“Görünən dağa nə bələdçi?” deyiblər. Sizin gördüyünüz işlər göz qabağındadır. Bir vaxtlar həsrətini çəkdiyimiz torpaqlar bu gün sevə-sevə səfər etdiyimiz məkandır.
Cənab Prezident, biz Sizinlə fəxr edirik. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Quliyev Lütvəli.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Əliqasımlı kəndi.