07 fevral 2025, 15:31

Fikrət Abdullayevdən, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Son vaxtlar Göyçay şəhəri və rayonun kəndləri abadlıq-quruculuq meydanına çevrilib. Sizin apardığınız uğurlu siyasət nəticəsində ölkənin bütün bölgələri, o cümlədən Göyçayımız gündən-günə gözəlləşir və inkişaf edir. Bizim sakini olduğumuz Yeniarx kəndində də abadlıq işləri görülür, küçələrdə asfaltlama işləri aparılır. Yeni yolların çəkilişi zamanı hər hansı ağac kəsimi, infrastruktura və təbiətə ziyan vurulması hallarına rast gəlmirik.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Göyçay rayonunun Yeniarx kənd sakinləri Sizə öz minnətdarlıqlarını bildirir.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Abdullayev Fikrət Qüdrət oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu, Yeniarx kəndi.