12 fevral 2025, 18:00

Almaz Zeynalovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərinin 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilməsinə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Doğma şəhərimizə göstərdiyiniz diqqət və qayğı danılmazdır.

Ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışınız zamanı Gəncə haqqında dedikləriniz Sizin şəhərimizə olan diqqət və qayğınızın növbəti göstəricisidir.

Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Gəncədə də abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərimizin siması ildən-ilə daha da gözəlləşir. Gəncə şəhərində geniş miqyasda təmir-bərpa və abadlıq işləri aparılır, prospekt və küçələr əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar şəhər sakinlərinin rahatlığına və firavan həyatına xidmət edir.

Cənab Prezident, Gəncə şəhərində aparılan təmir-bərpa işlərinə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.

Ulu Tanrı hər zaman Sizə dayaq olsun.

Hörmətlə,

Zeynalova Almaz.

Azərbaycan Respublikası, Gəncə şəhəri.