Gəncə Dövlət Universitetinin tələbələrindən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin apardığınız düşünülmüş müdrik siyasət nəticəsində Azərbaycan bu gün dünya ictimaiyyəti tərəfindən qüdrətli və qalib ölkə kimi tanınır, etibarlı tərəfdaş və yaxşı təşkilatçı kimi qəbul edilir. Son illər ərzində respublikamızda onlarla mötəbər beynəlxalq tədbirlər uğurla keçirilmişdir. Bu il təşkil olunacaq III MDB Oyunlarının da bu baxımdan yaddaqalan olacağı şübhəsizdir.
Gəncə şəhərinin 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilməsinə, şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğı danılmazdır, şəhərdə aparılan abadlıq, quruculuq, yaşıllaşdırma işləri göz oxşayır. Şəhərdə qeyri-adi memarlıq üslubunda abidələr, muzeylər, parklar, göydələnlər, iaşə obyektləri tikilib, sakinlərin istifadəsinə verilib.
Cənab Prezident, Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə şəhər sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk, Sizə uzun ömür və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Gəncə Dövlət Universitetinin Texnologiya müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbələri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.