Aytəkin Quliyevadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanın hərtərəfli inkişafı yolunda göstərdiyiniz səmərəli fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz Azərbaycanın bütün bölgələrini inkişaf etdirirsiniz. Sizin diqqət və qayğınız sayəsində Azərbaycanımız gündən-günə gözəlləşir, müasirləşir.
Sizin gəncəlilərə göstərdiyiniz diqqət və qayğı bizim üçün qürurvericidir. Sizin siyasi uzaqgörənlik və müdrikliklə qarşıya qoyduğunuz hədəflər Gəncə şəhərinin bu günü və gələcək inkişafı üçün son dərəcə mühümdür. Qədim Gəncənin gözəlləşdirilməsi, abadlaşdırılması, küçələrin keyfiyyətli şəkildə asfaltlanması, buradakı qədim abidələrin qorunması, yeni stadionun tikilməsi və digər işlər haqqında qəbul etdiyiniz qərarlar, verdiyiniz göstərişlər bütün Gəncə sakinlərini sevindirir.
Hər bir Gəncə sakini bu diqqət və qayğıya, şəhərdə gedən genişmiqyaslı tikinti-quruculuq işlərinə görə Sizə minnətdardır.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı və uğurlar arzulayırıq.
Hörmətlə,
Quliyeva Aytəkin Məmmədəli qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.