Tünzalə Hüseynova və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin apardığınız müstəqil və praqmatik siyasət xalqımıza saysız-hesabsız uğurlar bəxş etmişdir. 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışınız zamanı Gəncə haqqında dedikləriniz Sizin şəhərimizə olan diqqətinizin və tükənməz qayğınızın göstəricisidir.
Cənab Prezident, Gəncə şəhərində böyük təmir-bərpa işlərinin aparılması barədə göstəriş verməyiniz gəncəlilər üçün əlamətdar oldu. Nizami yurdu olan Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qədim şəhərimizdə olan tarixi abidələrin qorunması, bərpa edilməsi, küçə və prospektlərin asfaltlanması istiqamətində atdığınız addımlar və digər işlər biz gəncəlilər tərəfindən çox yüksək qiymətləndirilir.
Möhtərəm Prezident, bütün gəncəlilər Sizin siyasi xəttinizi, atdığınız məqsədyönlü addımları daim dəstəkləyir, doğma Azərbaycanımızın daha da inkişafı naminə apardığınız möhtəşəm işlərdə Sizə yeni-yeni uğurlar arzulayırlar.
Sizinlə qürur duyuruq.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Hüseynova Tünzalə,
Əliyeva Xatirə,
Məmmədova Afət.
Azərbaycan Respublikası, Gəncə şəhəri.