Potu, Ulaşlı Şıxlı və Üngütlü kəndləri sakinlərindən, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin sərəncamınız əsasında, kəndlərimizi birləşdirən mərkəzi yollar əsasli şəkildə yenidən qurulur. Buna görə Sizə öz minnətdarlığımızı bildiririk.
Kəndlərimizi birləşdirən yolun təmirsiz vəziyyətdə olması bizi narahat edirdi. Sizin diqqət və qayğınız sayəsində bu narahatlıq aradan qalxıb. Yol mədəniyyət deməkdir. Yolların əsaslı təmirindən və asfaltlanmasından sonra həm kəndin ümumi görünüşü gözəlləşmiş, həm də sakinlərin əhval-ruhiyyəsi daha da yaxşılaşmışdır. İndi mənzil başına daha tez çatır, zəruri işləri vaxtında görə bilirik.
Cənab Prezident, Sizə bir daha dərin minnətdarlığımızı və sonsuz ehtiramımızı bildiririk.
Allah Sizi, ailənizi və millətimizi qorusun.
Hörmətlə,
Potu, Ulaşlı Şıxlı və Üngütlü kəndlərinin sakinləri.
Azərbaycan Respublikası, Göyçay rayonu, Potu kəndi.