Müşfiq Cəfərov və başqalarından, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ölkəmizin hər bir guşəsində olduğu kimi, Cəlilabad rayonunda da sürətlə həyata keçirilən abadlıq-quruculuq işləri göz oxşayır.
Sizin tapşırıq və göstərişləriniz əsasında vətəndaşların müraciətlərinə baxılmasına və onların qəbuluna diqqət artırılıb. Yerlərdə vətəndaşların problemləri dinlənilir, təxirəsalınmaz tədbirlər görülür, narahatlıq yaradan məsələlər həllini tapır. Siz xalqla sıx təmasda olduğunuz üçün xalqımız Sizə dərin məhəbbət bəsləyir, əziz Prezidentimiz.
Yanvarın 29-da keçirilən şəffaf bələdiyyə seçkiləri Azərbaycanın hüquqi dövlət yolu ilə inamla irəlilədiyini bir daha göstərdi. Dövlətimiz və xalqımız adına gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Çox şadıq ki, ölkəmiz əmin əllərdədir.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Cəfərov Müşfiq,
Yarıyev Elçin,
Abbasov İslam,
Məlikov Vasif,
Əhmədov Laçın və başqaları (19 nəfər)
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.