03 fevral 2025, 15:00

Fidan Adıgözəlovadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyiniz altında Azərbaycan gəncləri müasir cəmiyyətin inkişafında mühüm rol oynayaraq milli dəyərlərimizi qorumaqla bərabər, həm də dünya səviyyəsində güclü və müasir bir nəsil kimi tanınır. Biz gənclər təhsildə, elmdə, mədəniyyətdə və idmanda böyük uğurlar əldə edir və ölkəmizi dünya dövlətləri arasında layiqincə təmsil etdikcə məhz bu uğurlara görə Sizə minnətdarıq.

Sizin gənclər üçün yaratdığınız əlverişli şərait, müxtəlif sosial layihələr və proqramlar Azərbaycan gəncliyinə yeni imkanlar və perspektivlər açır, bizim inkişafımıza böyük təsir göstərir. Gənclərin istəklərini və arzularını nəzərə alaraq, daha müasir və inkişaf etmiş bir cəmiyyət qurmaq yolunda atdığımız hər bir addıma, dünyanın ən qabaqcıl dövlətləri sırasında ölkəmizin yüksəlməsi istiqamətində qazandığımız bütün uğurlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Sizə daim uğurlar arzulayırıq, cənab Prezident.

Hörmətlə,

Adıgözəlova Fidan Mahmud qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.