31 yanvar 2025, 15:00

Abdul Haq Xan Mandoxaildən, Bəlucistan, Pakistan

Hörmətli cənab Prezident.

Mən Azərbaycan Respublikasının zəngin tarixinə və mədəniyyətinə, füsunkar təbiətinə səmimi-qəlbdən heyranlığımı ifadə edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadiyyatda, infrastrukturun inkişafında, beynəlxalq əlaqələrdə çox böyük nailiyyətlər əldə etmişdir.

Heyrətamiz memarlıq abidələri, ləziz mətbəxi, insanların qonaqpərvərliyi, Şərq-Qərb dəyərlərinin uğurlu harmoniyası Azərbaycanı dünyanın hər yerindən gələn qonaqlar üçün valehedici məkana çevirir. Ölkənizdə mədəni dəyərlərin inkişafı və təbliğinə, təhsilə, innovasiyaya olan diqqət məni xüsusilə heyrətləndirdi. Azərbaycanın müasir infrastruktura, texnologiyaya və dayanıqlı enerjiyə yatırdığı investisiyalar həqiqətən də təqdirəlayiqdir.

Cənab Prezident, Azərbaycanın daha da inkişafı, sabitliyi və firavanlığı naminə yorulmaz fəaliyyətinizə görə Sizə səmimi minnətdarlığımı ifadə edirəm. Sizin siyasətiniz, müdrik liderliyiniz ölkənizi tərəqqi və inkişafın parlaq nümunəsinə çevirib.

Azərbaycanın inkişafına və dünyada nüfuzunun artırılmasına görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Abdul Haq Xan Mandoxail.

Pakistan İslam Respublikası, Bəlucistan əyaləti.