Nərminə İsmayılovadan, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident!
Siz atanıza – xalqın Ulu Öndərinə layiq övlad kimi Vətənimizin xilaskarı oldunuz.
Bu gün ölkəmizdəki sakitlik, firavanlıq, rahatlıq işinizin həddindən artıq olmasına baxmayaraq bütün sahələrə diqqət və qayğı göstərməyinizin nəticəsidir. Uzun illər həlli mümkün sayılmayan, ayrılmaz bir parçamız olan Qarabağ məsələsi məhz Sizin sayənizdə həll edildi. Ermənilərin törətdiyi vandalizmin göstəricilərindən biri olan dağıntılar qısa müddətdə gülüstana çevrildi. Xalqımız var olduqca buna görə məhz Sizə minnətdar olacaq.
Diqqət və qayğınızla əhatə olunan sahələrdən biri də təhsil sahəsidir. Sizin sayənizdə bu sahədə əldə edilən böyük uğurlara görə, ibtidai sinif müəllimi olaraq minnətdarlığımı bildirirəm.
Ölkəmizin dünya miqyasında daha geniş tanınması, xalqımızın daha yaxşı yaşaması üçün Sizin və Mehriban xanım Əliyevanın göstərdiyi fəaliyyəti dəstəkləyir və səmimi təşəkkürlərimizi çatdırırıq.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
İsmayılova Nərminə Nəriman qızı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.