29 yanvar 2025, 15:25
Qənirə Bağırovadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə həyata keçirilən sosial siyasət, bizim kimi aztəminatlı ailələrə göstərilən diqqət və qayğı, eləcə də əməkhaqqılarının, müavinətlərin artırılması, həyat şəraitimizin yaxşılaşdırılması hər birimizin hədsiz sevincinə səbəb olur.
Sizin liderliyinizlə Azərbaycan xalqı arasında birlik və həmrəylik daha da güclənir.
Mən də aztəminatlı ailə olaraq göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Bağırova Qənirə,
Azərbaycan Respublikası, Naftalan şəhəri.