29 yanvar 2025, 18:20

Gənc könüllü Fərid Şərifovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

COP29-da Azərbaycan könüllülərinə yaradılan əvəzolunmaz imkana görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Bu tarixi hadisənin bir parçası olmaq, Azərbaycanın beynəlxalq iqlim dialoqunun liderinə çevrilməsinin şahidi olmaq bizə sonsuz qürur hissi yaşatdı. Bu, eyni zamanda, misilsiz təcrübə qazanmaqla yanaşı, ölkəmizin uğurlarına töhfə vermək imkanı yaratdı.

Gənc nəsli belə əhəmiyyətli beynəlxalq tədbirlərə cəlb etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Hörmətlə,

Şərifov Fərid.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.