Şahmalı Cavadovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
2024-cü ilin idman yekunlarına həsr olunan tədbirdə 2025-ci ildə MDB Dövlətlərinin İdman Olimpiadasının Gəncə şəhərində keçiriləcəyini və bununla bağlı Gəncədə çox böyük təmir-bərpa işlərinin aparılacağını, şəhər və nəqliyyat infrastrukturunun yenilənəcəyini, tarixi binaların bərpa və digər infrastruktur layihələrinin icra ediləcəyini bildirdiniz.
Gəncə şəhər ictimaiyyəti, ziyalılar, bütün gəncəlilər bunu Gəncəyə və gəncəlilərə Sizin diqqət və qayğınız kimi qiymətləndirir, səmimi minnətdarlıqlarını bildirirlər.
Ulu Öndər Heydər Əliyevin doğma və əziz şəhər, Azərbaycan xalqının milli mənliyinin mərkəzi adlandırdığı Gəncə Sizin rəhbərliyiniz müddətində də diqqət və qayğı ilə əhatə olunub.
Müzəffər Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının işğaldan azad olunmasında canlarından keçmiş şəhidlərimizin xatirəsini gəncəlilər hər zaman əziz tutur. Fiziki sağlamlıqlarını itirmiş qazilərin sosial-məişət məsələlərinin həlli üçün imzaladığınız fərman və sərəncamlar hamımızın qəlbinə rahatlıq bəxş edir.
Qədim Gəncədə keçirilən hər bir beynəlxalq tədbir bütün Azərbaycan xalqı və gəncəlilər üçün də qürurvericidir.
Bir səhər sakini kimi geniş qəlb və ürək açıqlığı, qürur hissi ilə Sizə hamının adından minnətdarlığımı bildirirəm.
Sizə dərin və sonsuz hörmətlə,
Hörmətlə,
Cavadov Şahmalı
Azərbaycan Respublikası, Gəncə şəhəri.