28 yanvar 2025, 17:45

Nahibə Məmmədovadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz düşünülmüş və məqsədyönlü siyasət ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Biz çox sevinirik ki, zəhmətimiz daim qiymətləndirilir.

Hər zaman dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss edirik. Təhsilin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə biz müəllimlər daim Sizə minnətdarıq.

Təbii ki, bu diqqət bizi sevindirməklə yanaşı, eyni zamanda, məsuliyyət hissimizi də artırır.

İnanırıq ki, yetişdirdiyimiz tələbələr yüksəkixtisaslı mütəxəssislər kimi Vətənimizi bütün dünyada təmsil edəcək və bizi qürurlandıracaqlar.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Məmmədova Nahibə Oqtay qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.