Altay Mirzəyevdən, Cəlilabad, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Sizi Mirzəyevlər ailəsi adından salamlayır və hər zaman Sizi dəstəklədiyimizi ali diqqətinizə çatdırıram.
Bu gün xalqımız haqlı olaraq Sizinlə qürur duyur. Çünki üçrəngli şanlı Bayrağımız Sizin sayənizdə işğaldan azad edilən torpaqlarımızda vüqarla dalğalanır, düşmənə göz dağı verir. Qarabağ və Şərqi Zəngəzur öz doğma sakinlərinə yenidən qucaq açmışdır.
Sizin həyata keçirdiyiniz çoxşaxəli və məqsədyönlü islahatlar, əhalinin güzəranını yaxşılaşdırmaq üçün görülən tədbirlər nəticəsində Azərbaycanda hökm sürən sürətli inkişaf, sabitlik və əmin-amanlıq Sizə nəinki regionda, həmçinin beynəlxalq səviyyədə böyük nüfuz və güvən qazandırmışdır. Təlatümlü dünyada Azərbaycan sanki sabitlik adasıdır.
Sizə işlərinizdə daim uğurlar arzulayıram.
Allah Sizi qorusun!
Hörmətlə,
Altay Mirzəyev
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Suluçeşmə kəndi.