Arif Məmmədov və Kamran Sultanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Siz Ümummilli Liderin layiqli davamçısı, xalqımızın qəhrəman oğlusunuz! Müstəqilliyimizin memarı Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası Sizin uzaqgörən siyasətiniz nəticəsində beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Sizin iyirmi illik prezidentlik fəaliyyətiniz tariximizin şanlı səhifəsidir.
Azad olunmuş və bərpa edilmiş Qarabağ isə Sizin dövlət siyasətinizin şah əsəridir. Qarabağın işğaldan azad edilməsi ilə Ulu Öndərin ruhunu şad etdiniz.
Laçının işğaldan azad edilməsinə görə Qarabağ uğrunda canlarını qurban vermiş Xosrov bəy Sultanovun, Sultan bəy Sultanovun, İldırım bəy Sultanovun, Cabbar bəy Sultanovun mənsub olduğu nəslin nümayəndələri kimi ailəmizin adından Sizə öz minnətdarlığımızı bildiririk.
Allah Sizi və övladlarınızı qorusun!
Dərin hörmət və ehtiramla,
Məmmədov Arif Məmməd oğlu, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Rusiya Tibb Elmləri və Rusiya Elmlər akademiyalarının xarici üzvü, biologiya elmləri doktoru, professor,
Kamran Darab oğlu Sultanov, Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.