28 yanvar 2025, 15:50
Əsgər Abbasovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin sayənizdə rayonumuz gündən-günə inkişaf edir və sakinlərin güzəranı yaxşılaşır.
Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan çox razıyıq. Siz ölkə əhalisinin bütün kateqoriyalarının sosial vəziyyətinin daha da yaxşılaşması üçün lazım olan bütün tədbirləri görürsünüz.
Cənab Prezident, rayonumuzun sakinləri mütəmadi olaraq Sizin diqqət və qayğınızı öz üzərində hiss edirlər. Gördüyünüz bütün işləri yüksək qiymətləndiririk və Sizə sonsuz təşəkkürümüzü bildiririk. Biz Sizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.
Çox sağ olun.
Hörmətlə,
Abbasov Əsgər
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ocaqlı kəndi.