Namiq Sadıqov və başqalarından, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident!
Son vaxtlar Tərtər şəhəri və rayonun kəndləri abadlıq-quruculuq meydanına çevrilib. Ölkəmizdə gedən inkişaf günü-gündən gözəlləşən Tərtərin timsalında daha aydın görünür.
Rayonumuzda insan əli ilə yaradılan gözəlliklər göz oxşayır. Hər yanda səliqə-sahman, abadlıq işləri aparılır.
Yaşadığımız Səməd Vurğun küçəsi uzun illər idi ki, təmir olunmurdu. İndi isə artıq təmir olunub. Sizin apardığınız uğurlu siyasət nəticəsində ölkəmizdə bütün bölgələr, o cümlədən Tərtər günü-gündən gözəlləşir, inkişaf edir.
Şəhərimizdə asfalt örtüyü olmayan və uzun müddət təmir işləri aparılmayan küçələrdə asfaltlanma işləri aparılır. Piyadaların rahat və təhlükəsiz hərəkətlərini təmin etmək üçün səkilər qurulur, yol kənarlarına yaşıllıq zolaqları salınır, hər tərəfdə səliqə-sahman göz oxşayır.
Hazırda Vətən müharibəsi şəhidləri Məftun Əhmədzadə və Aysənan Abbasovun adını daşıyan küçələrə asfalt örtüyü salınır, yolların ətrafında yerüstü kommunikasiya xətləri yenilənərək nizama salınır.
Bu işlər bizi ürəkdən sevindirir, gediş-gəlişimiz daha rahat olub, yaşadığımız küçənin görkəmi daha da gözəlləşib.
Cənab Prezident, Tərtər rayonunun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə yaşadığımız küçələrin sakinləri adından minnətdarlığımızı bildiririk.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Sadıqov Namiq,
Nəsibov Mehman,
Əkbərova Gülnarə,
Həşimova Kifayət,
Həsənzadə Rauf.
Azərbaycan Respublikası, Tərtər rayonu.