27 yanvar 2025, 18:20

Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan

Cənab Prezident!

Biz veteran ailəsi olaraq, hər zaman Sizin yanınızdayıq, hər zaman Sizin əmrinizdə durmağa hazırıq. Sizin dövlətimiz və xalqımız üçün gördüyünüz misilsiz işlər göz qabağındadır. Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm.

Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımızı işğaldan azad etdi və hazırda həmin yerlərdə böyük quruculuq, bərpa işləri gedir, çox mühüm infrastuktur layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdırlar.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, dəyərli ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Çingiz Təhməzov

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.