Pisax İsakovdan, Quba, Azərbaycan
Möhtərəm cənab Prezident!
Dini qurumlara, o cümlədən Dağ Yəhudiləri dini icmasına göstərdiyiniz maliyyə dəstəyi ilə əlaqədar Sizə dərin təşəkkürümüzü bildiririk.
Dini qurumlara göstərilən maliyyə dəstəyi dinlərarası və konfessiyalararası harmoniyanın inkişafı üçün, həmçinin dini icmaların fəaliyyətini gücləndirmək və Azərbaycan cəmiyyətində mövcud olan dini tolerantlığı daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyev də hər zaman dini icmalara qayğı ilə yanaşmış, dini icmaların fəaliyyətini dəstəkləmişdir. Biz Ulu Öndər Heydər Əliyevin Dağ Yəhudiləri dini icmasına qayğısını, Sizin dəfələrlə Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri icmasının üzvləri ilə görüşlərinizi xoş bir xatirə kimi xatırlayırıq.
Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın dini tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasındakı fəaliyyətinizə, bütün dini icmalara bərabər münasibətə və ölkədəki dini azadlıqların qorunmasına göstərilən diqqət və qayğıya görə təşəkkür edirik.
Dərin hörmətlə,
İsakov Pisax Davidoviç, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri.
Azərbaycan Respublikası, Quba rayonu, Qırmızı qəsəbə.