23 yanvar 2025, 17:06

Vera Nesterovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

“Xilaskar” Yevangelik-Lüteranların Bakı dini icması Sizin tərəfinizdən Azərbaycan Respublikası ərazisində dini icmaların və qurumların fəaliyyətinə göstərilən daimi qayğı və diqqəti yüksək qiymətləndirir.

Bildiririk ki, dini qurumlara maliyyə yardımının göstərilməsi ölkəmizdəki dini icmalar üçün əvəzsiz bir dəstəkdir.

Bu gözəl addımınız multikulturalizmi və tolerantlığın daha da möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Uca Rəbbimiz Sizi və dövlətimizi qorusun! Amin!

Dərin hörmətlə,

Nesterova Vera, “Xilaskar” Yevangelik-Lüteranların Bakı Dini icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.