Ramazan Əsgərlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu il də ölkəmizdə fəaliyyət göstərən dini icmalara maddi yardım göstərilməsi ilə bağlı Sərəncamınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan Bəhai icması da digər qardaş icmalarla bərabər cəmiyyətimizin bir hissəsi olaraq ölkəmizdə yaradılmış tolerant və multikultural mühitdə fəaliyyət göstərir və cəmiyyətimizin maddi və mənəvi inkişafına töhfə verir.
Ayrılmış maliyyə vəsaitləri bu istiqamətdəki sosial layihələrə sərf edilərək cəmiyyətimizdə birliyin və ahəngdar birgəyaşayışın möhkəmlənməsinə xidmət edəcəkdir. Sizin milli sərvətimiz adlandırdığınız dini müxtəliflikdə birliyin möhkəmlənməsi hamımızın qayğısıdır.
Bir daha təşəkkür edir, Sizə cansağlığı və Vətənimizin çiçəklənməsi naminə gördüyünüz işlərdə uğurlar arzulamaqla ölkəmizin əmin-amanlığı üçün dua edirik.
Dərin hörmətlə,
Ramazan Əsgərli,
Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi.
Azərbaycan Respublikası, Bakı şəhəri.