“Həyatverici Lütf” dini icmasından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizə “Həyatverici Lütf” dini icmasının sədri olaraq dərin hörmət və minnətdarlıqla müraciət edirəm. İlk növbədə, ölkəmizdə dini müxtəlifliyin qorunması və tolerantlıq ənənələrinin inkişafı istiqamətində atdığınız əhəmiyyətli addımlara görə Sizə ürəkdən təşəkkür edirəm.
Sizin rəhbərliyiniz altında dövlətimizdə dinə göstərilən yüksək diqqət və qayğı, həmçinin dini icmalara ayrılan maliyyə vəsaitləri bizi olduqca sevindirir və fəaliyyətimizi daha da gücləndirmək üçün mühüm dayaq rolunu oynayır. Ayrılan bu dəstək dini icmaların həm sosial, həm də mədəni layihələrini həyata keçirməyə, ehtiyacı olan insanlara dəstək göstərməyə və ölkəmizdə dini maarifləndirmə işlərini genişləndirməyə imkan yaradır.
Dövlətimizin milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində göstərdiyi qayğı, dünya səviyyəsində Azərbaycanı tolerantlıq və muitikulturalizm nümunəsi kimi tanıtmışdır. Bu, təkcə dini icmaların deyil, bütün xalqımızın qürur mənbəyidir.
Hörmətli cənab Prezident, bu diqqət və qayğınıza görə Sizə bir daha təşəkkürümü bildirir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı yeni nailiyyətlərə imza atacaq və milli birlik ruhu daha da güclənəcəkdir.
Dərin hörmətlə,
Hüseynzadə Elşən, “Həyatverici Lütf” dini icmasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.