22 yanvar 2025, 15:20

Şouja Lakşimi və Camuna Kumarandan, Kannur, Hindistan

Hörmətli cənab Prezident!

Bu yaxınlarda Azərbaycana səfərimiz zamanı ölkənizin vətəndaşları tərəfindən göstərilən xeyirxahlıq və qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.

Səfər zamanı əlil arabasından istifadə edən atama və mənə hər yerdə gözləntilərimizi üstələyən qayğı və diqqət göstərildi. Səyahətimiz boyu bizə kömək etmək üçün əllərindən gələni edən, diqqətəlayiq şəfqət və anlayış ruhu nümayiş etdirən çoxsaylı insanlarla qarşılaşmaq bizi çox təsirləndirdi.

Bəzən deyirlər ki, xalq öz qadınlarına və əlil insanlara göstərdiyi münasibətlə tanınır. Biz Azərbaycanda bütün təbəqədən olan insanlara göstərilən münasibəti nümunəvi xalqın nümunəvi münasibəti adlandırardıq. Yaşadığımız əlçatanlıq və inklüzivlik, hamı üçün yaradılan bərabər şərait, həqiqətən də ürəkaçan idi və biz ölkənizin daha mərhəmətli cəmiyyət yaratmaq yolunda inamlı addımlar atdığına bir daha əmin olduq.

Bir daha xalqınızın xeyirxahlığına görə dərin minnətdarlığımızı bildiririk. Bir daha əmin olduq ki, Azərbaycanda insanlar arasında olan səmimiyyət və xeyirxahlıq ölkənizdəki yüksək dəyərləri əks etdirir.

Dərin ehtiram və ən xoş arzularla,

Şouja Lakşimi,

Camuna Kumaran.

Hindistan Respublikası, Kerala ştatı, Kannur şəhəri.