22 yanvar 2025, 17:01

Emil Pənahovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin sayənizdə ölkəmizdə yaşayan bütün etnik azlıqların, həmçinin müxtəlif dini konfessiyaların öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlaması, dil və mədəniyyətini inkişaf etdirməsi üçün yüksək səviyyədə şərait yaradılıb.

Biz “Vineyard Azərbaycan” xristian dini icması kilsəmizə və Azərbaycanda yaşayıb fəaliyyət göstərən protestant yönümlü xristianlara verdiyiniz dəyərə görə dərin təşəkkürümüzü bildiririk.

İcmamız illərdir Azərbaycanda fərqli sosial layihələr təşkil edir və hər dəfə bu layihələri həyata keçirərkən dövlətin dəstəyini görür. Bu Sizin uğurla və ədalətli siyasətinizin bariz nümunəsidir.

Bu mühiti yaratdığınıza və icmalarımıza ayırdığınız maddi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Dua edirik ki, Rəbbin xeyir-duası daim Azərbaycanın üzərində olsun. İmanla Tanrıdan diləyirik ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları arasında sülh və əmin-amanlıq, torpaqlarımızda isə dirçəliş olsun.

Tanrı Sizin simanızda Azərbaycanı qorusun və xeyirli duaları qəbul etsin. Amin.

Hörmətlə,

Pənahov Emil,

“Vineyard Azərbaycan” xristian dini icmasının sədri,

Azərbaycan Respublikası, Bakı şəhəri.