13 yanvar 2025, 18:01

İrşad Abbasovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbini mükəmməl və dərindən yiyələnərək yeni əsrin yeni Lideri, müdrik dövlət xadimi, mahir diplomat, qətiyyətli siyasətçi kimi qloballaşan dünyamızda mürəkkəb geosiyasi mübarizə şəraitində ölkəmizin qarşıda duran strateji hədəflərə çatması üçün böyük əzmkarlıq, polad iradə nümayiş etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

Möhtərəm Prezidentimiz, Azərbaycanın regionlarının inkişafı, hər zaman olduğu kimi, dünyanın yeni düzəninin yarandığı bir dövrdə də Sizin diqqətinizdən kənarda qalmır. Üçüncü MDB oyunlarının əsas hissəsinin qədim tarixə malik Gəncə şəhərində keçirilməsi ilə əlaqədar burada genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını, müasirliyini təqdim edəcək.

Möhtərəm Prezident, Sizi əmin edirik ki, Gəncə əhalisi siyasətinizi daimi dəstəkləyərək həmişə Sizinlədir.

Tanrı daim yar və yardımçınız olsun.

Abbasov İrşad.

Azərbaycan Respublikası, Gəncə şəhəri.