06 yanvar 2025, 16:00

Ramiz Hüseynovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Siz bu gün Azərbaycanın inkişafı naminə, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirirsiniz. Bu inkişafın təməlində sülhsevərlik, milli və bəşəri dəyərlər dayanır. Sizin müdrik daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanın neft potensialı insan kapitalına çevrilir. Sizin sayənizdə müstəqil yurdumuzun elə bir bölgəsi yoxdur ki, orada nəhəng tikinti, quruculuq və abadlıq işləri görülməsin. Sizin diqqət və qayğınız nəticəsində gündən-günə gözəlləşən Sumqayıt şəhəri də ən müasir şəhərlərdən birinə çevrilmişdir.

Cənab Prezident!

Əməyimi yüksək qiymətləndirərək, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı və Azərbaycan xalqının rifahı naminə gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Ramiz Hüseynov,

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.