İbad Hüseynov və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Azərbaycanın dinamik inkişafını bu gün bütün dünya izləyir. Bu inkişaf bütün regionları əhatə edir.
Gəncə şəhərinin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilməsi çox xoş haldır. Gələn il ölkəmizin bir çox şəhəri ilə yanaşı, Gəncə şəhərində də keçirilməsi nəzərdə tutulan III MDB Oyunları ilə əlaqədar təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verməyiniz gəncəlilərin sevincinə səbəb oldu. Gəncənin bu idman oyunlarının mərkəzi seçilməsinin şəhərimizin inkişafına müsbət təsir göstərəcəyi şübhəsizdir.
Cənab Prezident, Gəncənin sosial-iqtisadi inkişafının genişləndirilməsini, şəhərimizdə geniş quruculuq işlərinin aparılmasını təmin etmək məqsədilə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Hər zaman var olasınız!
Hörmətlə,
İbad Hüseynov,
Kamil Məmmədov,
Elçin Kərimov,
Əliağa Səfərəliyev.
Azərbaycan Respublikası, Gəncə şəhəri.