Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən bu ölkənin bir vətəndaşı kimi, ziyalısı kimi daim Sizin diqqət və qayğınızı öz üzərimdə hiss edirəm. Sizin biz vətəndaşlara verdiyiniz dəyər hər zaman alqışalayiqdir.
Biz Sizə inanırıq, güvənirik, arxalanırıq. Çünki, hər zaman xalqımızı düşünürsünüz, onların bütün problemləri ilə yaxından maraqlanırsınız, həlli ilə əlaqədar lazımi tədbirlər görürsünüz.
Sizin çıxışlarınıza, müsahibələrinizə qulaq asdıqca bir vətəndaş olaraq qürur hissi keçirirəm. “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəniz də bu baxımdan səciyyəvidir. Dərin məntiqə, real faktlara, zəngin biliyə əsaslanan fikirləriniz nəinki regionda, bir sıra ölkələrdə geniş əks-səda doğurmuşdur.
Cənab Prezident, Ulu Tanrı Sizə, ailənizə yar olsun, xalqımızı və dövlətimizi qorusun!
Hörmətlə,
Nəsimi Ələkbərov
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.