23 dekabr 2024, 13:41

Yuri Petrovdan, Sankt-Peterburq, Rusiya

Hörmətli İlham Heydər oğlu.

Dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyiniz müsahibəni izlədim və çox təsirləndim.

Məktəb illərində idmançıların da iştirak etdiyi paradda atanız, ailəmizin sevimlisi Heydər Əliyevin dayandığı tribunanın önündən keçməkdən böyük qürur duyurdum.

1972-ci ildə Bakıda məktəbi bitirdikdən sonra Leninqrada gəldim, lakin ürəyim həmişə Bakı ilə döyünürdü.

Sevinirəm ki, böyük Şəxsiyyətin oğlu savadlı, bacarıqlı, qətiyyətli rəhbər, özünə güvənən, mehriban, hörmətli insandır. Mən bakılı olmağımla fəxr edirəm.

Hər şeyə görə çox sağ olun.

Sizə və ailə üzvlərinizə, əzizlərinizə cansağlığı və səadət arzulayıram.

Hörmətlə,

Petrov Yuri Anatoliyeviç.

Rusiya Federasiyasl, Sankt-Peterburq şəhəri.