Möhübbət Bədəlovdan, Naftalan, Azərbaycan
Cənab Prezident!
Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu var. YAP tarixi zərurətdən yaranmış partiyadır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya 32 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Sizin rəhbərliyiniz altında vətənimiz Azərbaycanın daha yüksək zirvələrə doğru inamla irəliləməsinin ideoloji dayağı rolunda çıxış edən YAP ölkəmizdə və dünyada böyük nüfuz qazanmış siyasi mərkəzdir. Bu mərkəz eyni zamanda Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq irsinin gələcək nəsillərə çatdırılmasının təminatçısıdır. Xalqımızın arzu və istəyi ilə yaranmış YAP onun inamını və etimadını doğrultmağı bacardı.
Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğaldan azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri surətlə davam etdirilir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına hərtərəfli diqqət və qayğı göstərilir. Bütün uğurlar Sizin müdrikliyiniz, vətənpərvərliyiniz sayəsində həyata keçir.
Yaşasın memarı Ulu Öndərimiz olan müasir müstəqil Azərbaycan dövləti və onun Lideri cənab İlham Əliyev!
Hörmətlə,
Bədəlov Möhübbət
Azərbaycan Respublikası, Naftalan şəhəri.