21 noyabr 2024, 11:10

İlqar Səlimovdan, Soçi, Rusiya

Hörmətli cənab Prezident!

Bu günlərdə tarixi Vətənimizin paytaxtı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Azərbaycana dost olmayan bəzi dövlətlərin bu tədbiri boykot etməyə cəhd etmələrinə baxmayaraq, tədbir baş tutdu və yüksək səviyyədə keçirildi. Bu, bir daha sübut edir ki, Azərbaycan bu gün dünyanın nüfuzlu ölkələri siyahısındadır.

Biz, Rusiyada yaşayan və Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlılar Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu gün bu əlaqələr müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Bu, Azərbaycanın təkcə regionda deyil, ümumən beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun getdikcə daha da gücləndiyini sübut edir. Biz xalqımızın keçmişi ilə fəxr edirik və onun gələcəyinə əminik.

Soçi şəhərinin etnik azərbaycanlıları adından, hörmətlə,

İlqar Səlimov,

Rusiyanın Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri,

“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzi” İctimai Təşkilatının sədri

Rusiya Federasiyası, Krasnodar vilayəti, Soçi şəhəri.