18 noyabr 2024, 16:00

Ramiz Məmmədovdan, Leninoqorsk, Tatarıstan

Hörmətli cənab Prezident.

Tatarıstanın Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyətinin Yerli İctimai Təşkilatının üzvləri adından Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclasının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə Sizə ürəkdən təşəkkür edirəm.

Bu tarixi və əlamətdar hadisə Azərbaycan Respublikasının qlobal ekoloji siyasətdə liderliyini, ekoloji problemlərin həllinə önəm verdiyini göstərir, bir daha Azərbaycanı beynəlxalq səviyyədə güclü və etibarlı tərəfdaş kimi təsdiq edir.

Cənab Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə ekoloji problemlərə ciddi yanaşaraq həm regional, həm də beynəlxalq miqyasda mühüm təşəbbüslər irəli sürür. Ölkəmizin enerjidən səmərəli istifadə edilmə, təmiz enerji mənbələrinin inkişafı, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əldə etdiyi nailiyyətlər bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sizin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına, mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş sistemli səyləriniz, qətiyyətiniz və siyasi iradəniz xüsusi alqışa layiqdir.

Sizin və Azərbaycan hökumətinin bu mühüm məqsədə doğru atdığı addımlar, eləcə də xalqımızın ətraf mühitin mühafizəsinə verdiyi dəstək gələcək nəsillər üçün daha təmiz və dayanıqlı planetin yaradılmasına böyük töhfə verəcək.

Hörmətli cənab Prezident, COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə bir daha minnətdarlığımı bildirir, Sizə cansağlığı, uzun ömür və uğurlar arzulayıram. Bu tədbir Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsində, eləcə də qlobal ekoloji problemlərlə mübarizədə inamlı addım olacaq.

Hörmətlə,

Məmmədov Ramiz Mustafa oğlu, Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatının sədri.

Rusiya Federasiyası, Tatarıstan Respublikası, Leninoqorsk vilayəti, Leninoqorsk şəhəri.