Seyfəddin Əliyevdən, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident!
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Vətənimizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Sizin uğurlu siyasətiniz nəticəsində dünyanın ən böyük tədbirlərindən birinin ölkəmizdə keçirilməsi beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə BMT ailəsinin tamhüquqlu üzvü kimi yer üzündə sülhün, tərəqqinin və təhlükəsizliyinin təmin edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur. Ölkəmiz digər beynəlxalq səviyyəli tədbirlərdə olduğu kimi, hazırda COP29-un da yüksək səviyyədə təşkilinə nail olmuş, ona göstərilmiş etimadı layiqincə doğrultmuş və əminik ki, bu möhtəşəm tədbiri də uğurla yekunlaşdıracaqdır.
Allah Sizi qorusun!
Hörmətlə,
Əliyev Seyfəddin Abusət oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.