Soltan Məmmədovdan, Bərdə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dünyanın mühüm beynəlxalq tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar məmnunluğumuzu və dəstəyimizi ifadə edirik.
Bizim Təhlə kəndinin camaatı əsrlər boyu arandan dağa, dağdan arana köç etməklə yaşamışdır. Əsas məşğuliyyətimiz əkinçilik və maldarlıqdır. Ölkəmizdə aqrar sahə ilə yanaşı, ekoloji məsələlərə də böyük diqqət ayrılması bizi məmnun edir. Sağlam yaşayışımız üçün atılan məqsədyönlü addımları ürəkdən alqışlayırıq və dəstəkləyirik.
Cənab Prezident, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirilən uğurlu layihələrə və tədbirlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Məmmədov Soltan.
Azərbaycan Respublikası, Bərdə şəhəri.