01 noyabr 2024, 15:38

Radə Əsgərovadan, Gəncə, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz.

COP29-a uyğun olaraq ölkəmizdə davam edən ekoloji layihələr həm Gəncə şəhərində, həm də digər rayonlarda təbiətin qorunmasına, tullantıların azaldılmasına və təmiz texnologiyaların tətbiqinə olan marağı artırır. Sizin təşəbbüsünüzlə ölkəmizdə həyata keçirilən bu irimiqyaslı layihələr ekosistemin qorunmasına, iqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısının alınmasına, sənaye sahələrində tullantıların azaldılmasına və şəhər sakinlərinin daha təhlükəsiz ekoloji şəraitdə yaşamasına zəmanət verir. Əminik ki, Azərbaycanın ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər ölkəmizin nüfuzunu beynəlxalq səviyyədə gücləndirəcəkdir.

Əziz Prezidentimiz, respublikamız üçün gördüyünüz bu möhtəşəm işlərə görə işlədiyim müəssisənin əməkdaşları adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Əsgərova Radə İsfəndiyar qızı,

Azərbaycan Texnologiya Universitetinin doktorantı.

Azərbaycan Respublikası, Gəncə sakini.