21 oktyabr 2024, 18:01

Rizvan İmanovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin yorulmaz fəaliyyətiniz, apardığınız uzaqgörən və müdrik siyasət nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır. İşğaldan azad olunmuş ərazilərimizdə sürətlə həyata keçirilən bərpa və yenidənqurma işləri dövlətimizin gücünü və qüdrətini göstərir.

Doğma şəhərimizdə İdman Sarayının, Qafqazda ilk olan Ekoloji Park Kompleksinin açılışı və Gəncə Şəhər Stadionunun tikintisi, eləcə də bu inkişaf tendensiyasının rayonlarımızda da davam etməsindən qürurlanaraq bir daha əmin oldum ki, Azərbaycanımızın sükanı etibarlı əllərdədir.

Cənab Prezident, ölkəmizin daha da güclənməsi naminə fədakar fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

İmanov Rizvan

Azərbaycan Respublikası, Gəncə şəhəri.