21 oktyabr 2024, 11:42

Quzanlı qəsəbəsinin sakinlərindən, Ağdam, Azərbaycanlı

Hörmətli cənab Prezident.

Tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimiz hər bir azərbaycanlı, o cümlədən biz ağdamlılar üçün qürur mənbəyidir.

Ağdamın işğaldan azad olunan əraziləri ilə yanaşı Quzanlı qəsəbəsində aparılan abadlıq işləri hamımızı fərəhləndirir. Qəsəbəmizdə yolların təmiri sakinlərin sevincinə səbəb olub.

Ölkəmizin rifahı naminə gördüyünüz bütün işlərə görə qəsəbəmizin bütün sakinləri adından Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Tağıyev Fərrux,

Quliyev Eldar,

Xəlilova Gülnar.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi