21 oktyabr 2024, 16:30

Muğan Quliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatmaqla bərabər, respublikamızın bütün bölgələrini də inkişaf etdirirsiniz.

Sizin diqqət və qayğınız sayəsində qədim Nizami yurdu olan Gəncə də gündən-günə inkişaf edir. Yeni parklar, geniş küçələr, uşaq meydançaları, istirahət guşələri göz oxşayır.

Cənab Prezident, Gəncə şəhərində aparılan abadlıq və quruculuq işlərinə görə Sizə sakinlər adından minnətdarlığımızı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyev Muğan,

Professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri.