21 oktyabr 2024, 14:00

Sabir Əliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial vəziyyətinin yüksəldilməsi Sizin düşünülmüş, uzaqgörən siyasətinizin bariz nümunəsidir.

Bu gün respublikanın hər bir bölgəsində uğurlu quruculuq işləri həyata keçirilir. Gəncə şəhəri də Sizin diqqət və qayğınız sayənizdə gündən-günə gözəlləşir və inkişaf edir. Genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri hər bir gəncəlini ürəkdən sevindirir.

Cənab Prezident, Gəncədə aparılan abadlıq və quruculuq işlərinə görə şəhərimizin sakinləri adından Sizə təşəkkür edirik.

Ulu Tanrı hər zaman Sizinlə olsun. Allah Sizə və ailənizə uzun ömür, cansağlığı versin.

Hörmətlə,

Sabir Əliyev

Azərbaycan Respublikası, Gəncə şəhəri.