21 oktyabr 2024, 12:53

Mətanət Sadıxovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər Gəncədə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin xüsusi diqqətiniz və qayğınız sayəsində doğma şəhərimiz özünəməxsus inkişaf yolu keçərək günü-gündən gözəlləşir.

Gəncə sakinlərinin üzünə açılan İdman Sarayı, habelə Ekoloji Park Kompleksi şəhərimizin gözəlliyinə xüsusi çalarlar verir. Əziz Prezidentimiz, doğma Gəncəmizdə görülən işlərə görə Sizə təşəkkür edirik.

Ulu Tanrı daim Sizi qorusun.

Hörmətlə,

Sadıxova Mətanət

Azərbaycan Respublikası, Gəncə şəhəri.