18 oktyabr 2024, 15:10

İradə Əhmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, Gəncə şəhər sakini olaraq, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram. Gəncə şəhərinin gözəlləşdirilməsi, şəhərin qəsəbələrinin işıqlandırılması, yolların bərpası üçün göstərdiyiniz diqqət təqdirəlayiqdir. Bu diqqətin sayəsində qədim Gəncə müasir görkəm almaqla gündən-günə gözəlləşir.

Sizi çox sevir və Sizinlə fəxr edirik. Sizə olan ehtiram və hörmət hisslərimi ifadə etməkdən çox məmnunam. Allah Sizi və ailənizi qorusun.

Xalqımız daim Sizinlə həmrəydir, Sizin arxanızdadır. Xalqın böyük məhəbbətini qazanmış bir Lider kimi Sizə minnətdarıq.

Hörmətlə,

İradə Əhmədova

Azərbaycan Respublikası, Gəncə şəhəri.