17 oktyabr 2024, 17:42

Emin Yaqubovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müdrik siyasətinizin, qətiyyətli addımlarınızın nəticəsidir ki, ölkəmiz gündən-günə sürətlə inkişaf edir, böyük nailiyyətlərə imza atır. Uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. İndi başımızı uca tutaraq deyə bilərik ki, müasir Azərbaycan dünyanın güclü, qüdrətli və qalib dövlətlərindən biridir.

Cənab Prezident, bu gün Gəncə şəhərində görülən işlər göz oxşayır. Qədim və gözəl şəhərimiz abadlıq-quruculuq meydanını xatırladır. Doğma Gəncəmizə belə diqqət və qayğı göstərdiyinizə görə Sizə şəhər sakinləri adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Yaqubov Emin.

Azərbaycan Respublikası, Gəncə şəhəri.