17 oktyabr 2024, 15:30

Saleh Allahverdiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz zəmanəmizin ən böyük azərbaycanlısı, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurundakı yorulmaz mübarizəniz, hər bir azərbaycanlının xoşbəxtliyi naminə əzmkar səyləriniz Sizi xalqımızın haqlı iftixar mənbəyinə çevirmişdir. Biz Sizinlə qürur duyur, fəxr edirik.

Azərbaycan cəmiyyətində sabitliyin və ümumxalq həmrəyliyinin bərqərar edilməsi, ölkəmizin iqtisadi tərəqqisi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi yolunda gərgin və şərəfli fəaliyyətinizə, bütövlükdə Azərbaycan xalqının xoşbəxtliyi naminə görülən işlərə və əldə olunan uğurlara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Allahverdiyev Saleh.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.