17 oktyabr 2024, 12:05

Xol Qaraqaşlı və Mürsəqulu kəndlərinin bir qrup fermeri adından, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda görülən işlər bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də uğurlu nəticələrini göstərir. Fermerlər üçün yaradılmış şərait böyük minnətdarlıq hissi ilə qarşılanır.

Cənab Prezident, bizim kəndlərimizdə 2024-cü təsərrüfat ilində əkinçilikdə, xüsusən də pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir. Fermer təsərrüfatı başçıları həmişə dövlətimizin qayğısını hiss edirlər. Xüsusilə suvarma sahəsində görülən tədbirlər bizə çox kömək oldu. Biz fermerlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Xol Qaraqaşlı və Mürsəqulu kənd fermerləri adından:

Afət Həsənov,

Əli Manafov,

Rabil Əhmədov,

Cəlil Həsənov və başqaları.

Azərbaycan Respublikası, Neftçala rayonu, Xol Qaraqaşlı və Mürsəqulu kəndləri.