15 oktyabr 2024, 17:45

Sərvaz Hüseynovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanda meliorasiya və su təsərrüfatı sisteminin inkişafı Ulu Öndər Heydər Əliyevin və Sizin adınızla sıx bağlıdır.

Ölkəmizin işıqlı və parlaq gələcəyində Sizin əməyiniz böyükdür. Sizin qəbul etdiyiniz qərarlar respublikanın iqtisadi potensialını gücləndirir. Xüsusən su ehtiyatlarından səmərəli istifadə, meliorasiyanın inkişafı hər zaman Sizin diqqətinizdədir.

Mən fermer kimi fəaliyyət göstərir, əsasən pambıq, buğda, yonca bitkilərinin əkini ilə məşğul oluram.

Suvarma sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu il bol məhsul götürmüşəm. Suvarma sahəsinə göstərdiyiniz diqqətə görə Sizə ürəkdən təşəkkür edirəm.

Hörmətlə,

Hüseynov Sərvaz Oruc oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qaradağlı kəndi.