16 oktyabr 2024, 12:02

Bir qrup fermerdən, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktub vasitəsilə Sizə təşəkkürümüzü bildirmək istəyirik. 2023-2024-cü ilin əkin mövsümündə pay torpaq sahələrimizdə taxıl, yonca, pambıq əkmişik. Əkin sahələrimizin suvarma suyu ilə normalara uyğun təmin olunması sayəsində müntəzəm suvarma aparmışıq. Bunun hesabına yüksək məhsuldarlıq əldə etmişik. Hazırda sahələrdən pambığın yığılması dövründəyik. Sahələrdən yüksək göstəricilərə uyğun pambıq yığılır və məntəqələrə təhvil verilərək yaxşı gəlir əldə olunur.

Çox hörmətli Prezident, bu yüksəlişə nail olunması Sizin kənd zəhmətkeşlərinə diqqətiniz və qayğınız sayəsində mümkün olmuşdur. Ölkəmizdə yeni su anbarlarının və sututarların yaradılması işimizə yaramışdır. Eyni zamanda, bu il Kür çayında suyun səviyyəsinin qalxması da bizə qol-qanad vermişdir.

Bu işlərə görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın çiçəklənməsi naminə daim uğurlar arzulayırıq.

Hörmətlə,

Əsgərov Azad,

Abıyev Əbülfəz,

Əsgərov Sakit,

Həsənov Vüqar,

Həsənov İlqar və başqaları (15 nəfər fermer).

Azərbaycan Respublikası, Neftçala rayonu, Tatarməhlə və Abasallı kəndləri.