15 oktyabr 2024, 12:21

Xol Qarabucaq və Xol Təzəkənd kəndlərinin bir qrup fermeri adından, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Bizim məşğuliyyətimiz əkinçilik və heyvandarlıqdır. Son zamanlar dövlətimizin qayğısı nəticəsində pambıqçılıq və toxuculuq sahələrində böyük uğurlar qazanılmışdır.

Bizim işimizdə suvarma ən vacib amillərdən biridir. 2024-cü təsərrüfat ilində fermer təsərrüfat sahələrində suvarma səmərəli və mütəşəkkil təşkil olunduğu üçün pambıqçılıq sahəsində böyük irəliləyiş əldə edilmişdir. Kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların bərpa edilməsi və yenidən qurulması, nasos stansiyalarının iş rejiminin düzgün tənzimlənməsi nəticəsində məhsuldarlığın yuxarı olması gözlənilir.

Fermerlər hər zaman dövlətin bu sahədə dəstəyini hiss edirlər. Bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Xol Qarabucaq və Xol Təzəkənd kənd fermerləri adından:

Raul Məlikov,

Fuad Soltanov,

Mübariz Məlikov,

Hakim Məlikov və başqaları.

Azərbaycan Respublikası, Neftçala rayonu, Xol Qarabucaq və Xol Təzəkənd kəndləri.